MƏDƏNİYYƏT

“Oscar” mükafatının bugünkü təqdimatı – Gözləntilər

Təqdimat mərasiminin builki aparıcısı aktrisa Regina Hall, Amy Şumer və Vanda Sykes olacaq
Sputnik
BAKI, 27 mart - Sputnik. 94-cü “Oscar” mükafatının bu gün təqdimat mərasimi olacaq. Sputnik Azərbaycan-ın ingilis dilli mediaya istinadən xəbərinə görə, builki favoriler arasında “Netflix”də məşhur olan filmlər yer alıb.
Əsas favorilər sırasında yer alan filmlərdən biri də “The Power of the Dog” (Köpəyin gücü) əsəridir. Bu filmə 12 nominasiya üzrə mükafatlar veriləcək.
Təqdimat mərasimi Amerika vaxtı ilə saat 17:00-da Los-Anclesdə baş tutacaq.
Təqdimat mərasiminin builki aparıcısı aktrisa Regina Hall, Amy Şumer və Vanda Sykes olacaq.
Qeyd edək ki, müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim ounacaq.
“Baş rola görə ən yaxşı aktyor”, “Baş rola görə ən yaxşı aktrisa”, “Köməkçi rola görə ən yaxşı aktyor”, “Köməkçi rola görə ən yaxşı aktrisa”, “Animasiya filmi”, “Qısametrajlı film”, “Yaxşı foto”, “Yaxşı rejissor”, “Kinomotoqrafiya”, “Sənədli film”, “Vizual effekt”, “Beynəlxalq səviyyədə ən yaxşı filmlər”, “Musiqi”, “Geyim dizaynı”na görə nominasiyalar veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
MƏDƏNİYYƏT
Bu gün Beynəlxalq Teatr Günüdür