BAKI, 27 mart - Sputnik. Göy-göyərti insan vücudunu müxtəlif yağlarla təmin edən əsas qida vasitələrindən biridir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı gündə ən azı 5 dəfə çoxlu miqdarda göyərti yeməyi tövsiyə edir.
ABŞ-da aparılan araşdırmalar zamanı göyərtinin digər qidalarla müqayisədə daha zəngin qida tərkibinə malik olduğu məlum olub.
Belə ki, A,C, K, B1, B2, B6 vitaminləri, maqnezium, dəmir, kalsium, fosforla zəngin olduğu üçün gündəlik olaraq göyərtini daha çox yemək tövsiyə olunur.
Mütəxəssislər onu təkcə salat halında deyil, ayrıca yeməyi də tövsiyə edir.
Göyərti immuniteti möhkəmləndirməklə yanaşı bəzi bağırsaq problemlərinin də qarşısını alır. Bundan əlavə, Ağciyər xərçəngindən əziyyət çəkənlərə də çox faydalıdır.
Göyərti adi yeməkdən bir saat sonra yeyilməlidir ki, daha çox faydalı olsun. Göyyərti qəbul edilərkən limondan əlavə başqa bir şeylə qarışdırılması məsləhət deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.