BAKI, 26 mart - Sputnik. Ehtiyatda olan Rusiya vətəndaşlarına hərbi komissarlıq təərəfindən edildiyi iddia olunan zənglər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib.
Sputnik Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov şənbə günü jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində bir çox Rusiya vətəndaşlarına saxta telefon zəngləri daxil olub ki, bu zənglərə cavab verən şəxslərə hərbi komissarlığa çağırılmaları haqqında məlumat verilir:
“Bütün bu cür saxta zənglər Ukrayna ərazisindən edilir, onlar reallığa uyğun deyil. Bütün bunlar Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır”, - general bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq bir aydır ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.