TƏHLİL

Separatçıların Qarabağdakı tör-töküntüləri sülhün bağlanmasına mane olur - Rəy

Politoloqun fikrincə, nə qədər ki, Arayik Arutyunyan və onun əlaltıları Xankəndindədir, Qarabağda vəziyyət gərgin olaraq qalacaq.
Sputnik
BAKI, 26 mart - Sputnik. Son günlər Azərbaycanın Qarabağ bölgəsində yaranmış gərgin vəziyyət Ermənistan tərəfindən Bakının Ukraynadakı vəziyyətdən istifadə etməklə Rusiya sülhməramlılarını sıxışdırmaqla öz mövqelərini möhkəmləndirmək və eyni zamanda separatçılara “barmaq silkələmək” cəhdi kimi şərh edilir.
Bunu @AzeSputnik-ə açıqlamasında politoloq İlqar Vəlizadə Qarabağda baş verən son hadisələri şərh edərkən deyib.
Politoloq Azərbaycan tərəfinin heç vaxt “məkrli” iş görmədiyini vurğulayaraq xatırladıb ki, ölkənin Silahlı Qüvvələrinin bütün hərəkətləri öz ərazilərində, əvvəlcədən hazırlanmış planlar əsasında həyata keçirilir və dəqiq məqsədlər güdür.
“Aydındır ki, öz ərazisindəki strateji yaşayış məntəqələri və strateji yüksəkliklərə nəzarəti təmin etməklə Bakı işğaldan azad edilmiş torpaqların infrastrukturunun bərpası prosesində təhlükəsizliyi təmin etməyə, habelə erməni quldur dəstələrinin qalıqlarının regionu təhdid edən hər hansı hərəkətlərinin mümkünlüyünü istisna etməyə çalışır”, - deyə politoloq bildirib.
Rusiya sülhməramlı kontingentinin Yerevanın təbirincə, açıq-aşkar fəaliyyətsizliyini isə Vəlizadə onunla izah edir ki, Rusiya hərbçiləri üçün Azərbaycan tərəfinin hərəkətləri gözlənilməz bir şey deyil və onların təhlükəsizliyinə təhdid yaratmır.
“Bakı sakitcə oturub ölkə ərazisində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlamaq imkanını əngəlləyən, çürümüş rejimin qorunub saxlanmasına imkan vermək fikrində deyil”, - politoloq deyir.
Yeri gəlmişkən, onun fikrincə, bu, həm də bəzi əlaqədar məsələlərin həyata keçirilməsinə zərbə vurur ki, bunların da mərkəzində yeni geosiyasi şəraitdə Bakı üçün deyil, Moskva üçün son dərəcə aktual olan nəqliyyat kommunikasiyalarının bloklanması məsələsi durur.
“Beləliklə, Arayik Arutyunyan Kremlə nə qədər məktub yazıb kömək istəsə də, onların hamısının taleyi “kənddəki babaya” yazılan məlum məktublar kimi olacaq”, - deyə Vəlizadə əminliyini bildirib.
Politoloqun fikrincə, nə qədər ki, Arutyunyan və digərləri Xankəndindədir və məhz bu məsələdə keyfiyyətcə dəyişikliklər baş verməyib, Qarabağda vəziyyət gərgin olaraq qalacaq:
"Bunlar həm də regionda yeni hərbi-siyasi vəziyyətin əlamətləridir. Belə ki, separatizm rahat şəraitdə mövcud ola bilməz", - deyə Vəlizadə fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
XİN-in Ermənistana cavabı: "Siyasi manipulyasiya yox, real işlə məşğul olmaq zamanıdır"