RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiyalı iş adamları Türkiyəyə səfər edə bilər - Çavuşoğlu

Qərb ölkələri Rusiya Federasiyasının Ukraynanın denasifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatına cavab olaraq çoxsaylı sanksiyalar tətbiq edib.
Sputnik
BAKI, 26 mart - Sputnik. S-400 zenit-raket komplekslərinin Türkiyənin Ukraynaya təhvil verməsi gündəmdə deyil. RİA Novosti xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumda çıxış edərkən deyib.
“Belə bir məsələ gündəmdə deyil”, - deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Reuters mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Türkiyəyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Ukrayna qoşunlarına təhvil verməyi təklif edir.
Çavuşoğlu onu da bildirib ki, rusiyalılar, o cümlədən iş adamları Türkiyə qanunlarına əməl etsələr, ölkəyə səfər etməkdə heç bir problem görmür.
"Biz BMT-nin Rusiyaya qarşı sanksiyalarına əməl edirik. Oliqarxlar və ya iş adamları da daxil olmaqla, rusiyalıların Türkiyəyə gəlməsi ilə bağlı heç bir problem yoxdur. Qanunlara əməl etsələr", - deyə Forumda çıxış edən Çavuşoğlu bildirib.
Xatırladaq ki, Qərb ölkələri Rusiya Federasiyasının Ukraynanın denasifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatına cavab olaraq çoxsaylı sanksiyalar tətbiq edib.
Bir sıra şirkətlər Rusiya bazarından çəkildiklərini və ölkədəki istehsal müəssisələrini bağladıqlarını bəyan ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
İlham Əliyev Ukrayna ilə bağlı vəziyyətin ən yaxşı analitiklərindən biridir - Ərdoğan