BAKI, 26 mart - Sputnik. Fransanın dövlət qurumları iri enerji şirkətləri ilə birlikdə Rusiya qazından asılılığı azaltmaq üçün Havr limanında sızılmış təbii qazın (STQ) qəbulu üçün yeni terminal qurmağı planlaşdırır. Sputnik Azərbaycan bu barədə “Report”a istinadən məlumat verir.
Qeyd olunur ki, Fransa STQ qəbul etmək imkanlarını artırmaq və Rusiya qazından asılılığı azaltmaq üçün görünməmiş resurslardan istifadə etmək niyyətindədir.
Havr limanında üzən terminalın tikintisi layihəsini Fransanın Ətraf Mühitin Transformasiyası Nazirliyi, TotalEnergies, GRTGaz enerji şirkətləri və Havr, Rouen və Paris liman strukturlarını özündə birləşdirir.
Mənbələrdən birinin verdiyi məlumata görə, hələ yekun qərar verilməyib.
Biz Rusiyadan qaz asılılığımızı azaltmaq və tədarükün təhlükəsizliyini artırmaq istəyiriksə Havrda üzən STQ terminalının bu layihəsi, əgər faydalı olacaq. Buna görə də, lazımi icazələrin alınmasını sürətləndirmək üçün hər şeyi etmək lazımdır", - Bu barədə Enerji Tənzimləmə Komissiyasının sədri Jan-Fransua Karenko bildirib.
O qeyd edib ki, məqsəd bir il ərzində əlavə STQ qəbuletmə qabiliyyətini hazır vəziyyətə gətirməkdir.
Üzən terminal ildə 50 terawatt saat (TWh) qaz və ya 3,9 milyon ton STQ idxal edə bilər. O, maye qazı ABŞ, Qətər və ya Afrikadan əldə edə biləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.