RUSİYA

Vladimir Jirinovski vafat edibmi?

Rusiya Dövlət Dumasının sədri Volodin Jirinovskinin "vəziyyətinin həqiqətən ağır olduğunu" qeyd edib.
Sputnik
BAKI, 25 mart - Sputnik. Vladimir Jirinovski Moskva klinikalarından birində dünyasını dəyişib, senator Aleksandr Pronyuşkin bildirib. COVID-19 xəstəsi olan Liberal Demokrat Partiyasının lideri 76 yaşında vəfat edib.
Jirinovski fevralın 2-də COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib, o vaxtdan xəstəxanadadır.
Lakin Rusiya Dövlət Dumasının sədri Volodin Jirinovskinin ölümü ilə bağlı xəbərləri təkzib edərək, "onun vəziyyətinin həqiqətən ağır olduğunu" qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Jirinovski Putinə abortdan imtina edən qadınlara kompensasiya verilməsini təklif edib