RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna Rusiya ilə birgə gələcək quracaq - Narışkin

Artıq bir aydır ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Sputnik
BAKI, 25 mart - Sputnik. “Ukrayna Banderadan və xaricdəki zülmdən qurtulub, Rusiya ilə birgə ümumi gələcək quracaq”. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarixi Cəmiyyətinin sədri Sergey Narışkin deyib.
Onun fikrincə, rus və ukrayna xalqlarının tarixi birliyi “düşmənlərin ən şiddətli, ən qəddar səyləri ilə parçalana bilməz:
"Ukraynada uzun illər iyrənc Banderanın hökmranlığı ilə qorxudulan və aldadılan insanlarla yanaşı, həqiqi mənəvi qaydaları qoruyub saxlayan çoxlu istedadlı ədəbiyyat ustaları var. Qardaş Ukraynada mədəniyyətimizin cücərtiləri qalacaq, o, zamanla cücərəcək, mütləq cücərəcək və bol məhsul gətirəcək. Ukrayna xarici zülmdən qurtulub, Rusiya ilə çiyin-çiyinə dayanıb, mövcud parçalanmanın nəticələrini aradan qaldıracaq, dövlət quruculuğu həyata keçirəcək. Bizimlə həqiqətən azad, ümumi tarix ərsəyə gələcək”.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq bir aydır ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rublla ödəniş etməyin yollarını tapsınlar - Medvedev