DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və Ukrayna prezidentləri nə barədə danışdılar?

Türkiyə Prezidenti Brüsseldə keçirilən NATO samitindən qayıdarkən jurnalistlərə müsahibəsində yaxın günlərdə Vladimir Putinlə də telefonla danışacağını deyib.
Sputnik
BAKI, 25 mart - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. "Azərtac" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, liderlər Ukrayna ətrafında baş verən hadisələri, eləcə də böhranın həlli yolunda danışıqların vəziyyətini müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə Prezidenti Brüsseldə keçirilən NATO samitindən qayıdarkən jurnalistlərə müsahibəsində yaxın günlərdə Vladimir Putinlə də telefonla danışacağını deyib.
Türkiyə tərəfi Ukrayna böhranının sülh yolu ilə və Ukraynanın ərazi bütövlüyü çərçivəsində həlli üçün təxirəsalınmaz vasitəlik missiyası həyata keçirməkdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
İlham Əliyev Ukrayna ilə bağlı vəziyyətin ən yaxşı analitiklərindən biridir - Ərdoğan