RUSİYA

Qaz tariflərinin rubla keçirilməsi büdcəyə təsir etməyəcək - Siluanov

Nazir qeyd edib ki, belə bir qərar həm də əmtəə birjaları, logistika və hesablaşmalar üçün riskləri azaldır.
Sputnik
BAKI, 25 mart - Sputnik. Xarici tərəfdaşlarla qaza görə ödənişlərin rubla köçürülməsi büdcəyə təsir etməyəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya 1” kanalında müsahibəsində deyib.
“Bu, heç bir şəkildə büdcəyə təsir etməyəcək, çünki bütün vergi ödənişləri rublla ödənilir. Ona görə də büdcəyə neft və qaz gəlirləri daxil olduğu kimi, o qədər də daxil olacaq”.
Onun sözlərinə görə, bu, hesablaşmaların sabitliyini gücləndirəcək, çünki bu gün xarici valyuta ilə müqayisədə onları Rusiya valyutasında aparmaq daha etibarlıdır.
“İkincisi, bu qərar rublun digər valyutalara nisbətdə məzənnəsinə müsbət təsir etdi. Rubl gücləndi, rubla inam gücləndi, çünki rubl artıq təmin olunub, o cümlədən ixrac mallarımız”, - Siluanov bildirib.
Nazir qeyd edib ki, belə bir qərar həm də əmtəə birjaları, logistika və hesablaşmalar üçün riskləri azaldır. Bu baxımdan o, Qərb tərəfdaşlarının bu addımı anlayacağına ümid etdiyini bildirib.
"Qərb tərəfdaşlarımız bu qərara uyğunlaşacaq və başa düşəcəklər ki, rubl digər ehtiyat valyutalardan heç də az etibarlı valyuta deyil", - deyə Siluanov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Mərkəzi Bank Rusiyanın valyuta ehtiyatları ilə bağlı suallara cavab verib