BAKI, 25 mart - Sputnik. Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevi Rusiyanı “hamıdan yaxşı tanıyan” liderlərdən biri adlandırıb. Türkiyə lideri Brüsseldən qayıdarkən jurnalistlərə bildirib ki, “Rusiya ilə Ukrayna arasındakı vəziyyət” xarici siyasət işinin əsas mövzusudur.
“Biz səfər edən rəhbərlərlə regionun problemlərini də müzakirə edirik. Məsələn, qardaşım, Azərbaycan prezidenti İlham Əliyevin bir günlük səfəri zamanı əsas mövzumuz Rusiya və Ukrayna oldu. O, Rusiyanı hamıdan yaxşı tanıyan liderlərdən biridir. Onun cənab Putinlə münasibətləri hamıya məlumdur”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri Azərbaycan prezidentini Ukrayna ilə bağlı vəziyyətin ən yaxşı analitiklərindən biri adlandırıb və qeyd edib ki, onun “onunla çox açıq və aydın danışmaq imkanı olub”.
Ərdoğan həmçinin bildirib ki, həftənin sonunda rusiyalı həmkarı Vladimir Putinlə NATO-nun Brüssel sammitinin nəticələrini telefonla müzakirə etməyi planlaşdırır.
“Ola bilsin ki, həftənin sonunda və ya gələn ilin əvvəlində Putinlə yenidən danışıqlar aparacağam. Bu danışıqlarda biz NATO sammitinin (Brüsseldə - red.) nəticələrini müzakirə etməli və dəyərləndirməliyik”, - deyə o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.