BAKI, 24 mart - Sputnik. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı plan üzrə gedir, bütün məqsədlərə nail olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib.
“Rusiya rəhbərliyinin bəyan etdiyi kimi, onun məqsədləri dəyişməz olaraq qalır. Bu, Ukraynanın demilitarizasiyası və denazifikasiyası, “DXR” və “LXR” sakinlərinin Kiyev rejiminin təcavüzündən qorunması, ölkəmizə qarşı bu ölkənin ərazisindən gələn təhlükələrin aradan qaldırılmasıdır. Əməliyyat, ölkəmizin rəhbərliyinin dediyi kimi, ciddi şəkildə plana uyğun olaraq həyata keçirilir. Bütün qarşıya qoyulan məqsədlərə nail olunacaq”, - deyə Zaxarova cümə axşamı keçirilən brifinqdə bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.