HADİSƏ

Lənkəranda piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən yayınıb

M.Hüseynov Vilvan kəndindəki restoranda aşbaz işləyirmiş. Hadisə isə mərhum işdən çıxıb evə gedərkən baş verib.
Sputnik
BAKI, 24 mart - Sputnik. Lənkəranda 47 yaşlı kişini avtomobil vurub.
APA-nın verdiyi məlumata görə, gecəyarısı rayonun Vilvan kəndi ərazisində piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.
Nəticədə 1965-ci il təvəllüdlü Veravul kənd sakini Maşallah Aydın oğlu Hüseynov dünyasını dəyişib. Onu yoldan keçən şəxslərdən biri avtomobili ilə xəstəxanaya aparsa da, artıq piyadanın öldüyü məlum olub. Hazırda qəzanı törədərək hadisə yerindən qaçan sürücünün kimliyi dəqiqləşdirilir.
M.Hüseynov Vilvan kəndindəki restoranda aşbaz işləyirmiş. Hadisə isə mərhum işdən çıxıb evə gedərkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HADİSƏ
Tovuzda yol nəqliyyat hadisəsi baş verib, yaralananlar var