BAKI, 24 mart - Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələri Azərbaycan və Ermənistana müşahidəçi statusunun verilməsi məsələsini araşdırılar. Bu barədə təşkilatın baş katibi Çjan Min bildirib.
“Dəqiq zamanı deyə bilməsəm də, bu məsələyə, şəxsən mən nikbin baxıram”, - deyə o, TASS agentliyinə müsahibəsində qeyd edib.
Bununla yanaşı, Min bu iki ölkə arasında münasibətləri “nəzərə alınmalı vacib faktor” adlandırıb.
Şanxay əməkdaşlıq təşkilatının yaradlması barədə bəyannamə Qazaxıstan, Rusiya, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan tərəfindən 2011-ci ildə imzalanıb. 2017-ci ildən Hindistan və Pakistan da təşkilatın tam hüquqlu üzvləridirlər.
Bakı və Yerevan isə ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.