ELM

Spirtli içkinin hansı dozası təhlükəsizdir

Bu yaxınlarda 18 min avstraliyalı və amerikalının iştirakı ilə aparılan son tədqiqat ilk baxışda təsdiqləyib ki, həftədə 51-150 qram spirtli içki ürək xəstəliyi riskini azaldır.
Sputnik
BAKI, 23 mart — Sputnik. Spirtli işkinin kiçik dozaları ürək-damar xəstəlikləri və bütün səbəblərdən ölüm riskini azaldır. Ancaq son vaxtlar bu heç də bəyənilmir. Bir neçə araşdırma göstərir ki, istənilən miqdarda spirtli içki sağlamlığa mənfi təsir göstərir. Həmçinin xərçəng xəstəliyinə səbəb olur.
Az miqdarda içki qəbul edəndə nə baş verir?
1990-cı illərdə alimlər spirtli içkinin dozalarının sağlamlıq üçün təhlükəsizliyi ilə maraqlanıblar. Bu mövzuda ilk işlər göstərdi ki, spirtli içkinin orta dərəcədə qəbulu koronar ürək xəstəliyinin (koronar arteriya xəstəliyi) və insultun yaranma ehtimalını azaldır. Şərab xüsusilə cəlbedici görünürdü.
2006-cı ildə italyalı alimlər spirtli içkinin sağlamlığa təsirini qiymətləndirən 34 keyfiyyətli tədqiqatın meta-analiz nəticələrini təqdim ediblər. Ehtimal olunur ki, bir doza on qram etanol ehtiva edir.
Cədvələ görə, spirtli içkinin qəbulu yaşından asılı olmayaraq bütün səbəblərdən ölüm riskini əhəmiyyətli dərəcədə əks etdirir. Korrelyasiya J şəklində olur - qrafik əvvəlcə aşağı – "dibə" çatdıqdan sonra eksponent olaraq artır. Aşağı nöqtə ölüm riskini artıran kritik miqdarda spirti göstərir. Qadınlar üçün bu, gündə bir-iki doza, kişilər üçün isə iki-dörd doza arasındadır.
Oxşar nəticələr ABŞ və Kanada alimləri tərəfindən müxtəlif ölkələrdən çox sayda insanın 84 illik müşahidəsini təhlil etdikdən sonra əldə edilib. Bu məlumatlara görə, gündə 2,5-15 qram spirt qəbulu ürək-damar xəstəlikləri riskini 14-25 faiz, insult riskini isə 25-35 faiz azaldır. Müəlliflər belə nəticəyə gəliblər ki, əgər təhlükəsiz normasından artıq olmasa spirtli içkinin qoruyucu təsiri var.
Müxtəlif ölkələrdə spirtli içkilərin orta miqdarda qəbuluna dair tövsiyələr verilib. Məsələn, ABŞ-da kişilərə həftədə 196 qramdan (11 stəkan şərab və ya pivə), qadınlara isə 98 qramdan çox olmamaq spirtli içki qəbul etmək tövsiyə olunub. İngiltərədə bu normaların yarısı təhlükəsiz hesab edilib, İspaniya, İtaliya və Portuqaliyada isə, əksinə, bir yarım dəfə çox məsləhət görülür.
2018-ci ildə "The Lancet"də dərc edilmiş böyük beynəlxalq araşdırmanın müəllifləri qeyd edirlər ki, tövsiyələrdəki bu dəyişiklik elmi nəticələrin qeyri-müəyyənliyini əks etdirir. Onlar ERFC, EPIC-CVD və UK Biobank layihələrindən gəlirləri yüksək olan 19 ölkənin sakinlərinin müşahidələri haqqında məlumatlarını təhlil ediblər. Ümumilikdə - yeddi yüz mindən çox insan olub.
Bütün səbəblərdən ən az ölüm riski həftədə yüz qram spirtli içki qəbul edənlər idi. Qırx yaşında belə 196 qram spirtli içki qəbul edənlər bir-iki il daha az yaşayırdılar. Ölüm ehtimalına görə ən pis proqnozlar pivə həvəskarları, güclü spirtli içkilər qəbul edənlər və sərxoş olanlar arasındadır. Miokard infarktı istisna olmaqla ürək-damar xəstəlikləri riski üçün təhlükəsiz həddi tapmaq mümkün olmadı.
Bu yaxınlarda 18 min avstraliyalı və amerikalının iştirakı ilə aparılan son tədqiqat ilk baxışda təsdiqləyib ki, həftədə 51-150 qram spirtli içki ürək xəstəliyi riskini azaldır və bütün səbəblərdən ölüm riski isə - 51-100 qram olub.
Sübut edilib: Spirtli içki xərçəng xəstəliyinin yaranmasına səbəb olur
İngiltərə alimləri "Alkoqol - ürək-damar xəstəliklərindən qorunmaq haqqında mifdir" başlıqlı yeni məqalədə qeyd edilir ki, adətən tədqiqatlarda müxtəlif dərəcələrlə içki qəbul edənləri və ümumiyyətlə istifadə etməyənləri müqayisə edirlər və bu da nəticələri təhrif edir.
Bu işin müəllifləri İngiltərənin Biobankından son 7 il ərzində 300 mindən çox spirtli içki qəbul edən və 21 min spirtli içki qəbul etməyən insanlar haqqında məlumat əldə ediblər. Məlum olub ki, sonuncular spirtli içkilərdən sağlamlıq səbəbinə görə çəkinirlər. Onların spirtli içki qəbul etmədən belə, demək olar ki, ürək-damar xəstəliklərinin və çox güman ki, analizə daxil edilməyən digər patologiyaların riski yüksək olur.
Hollandiyalı alimlər orta dərəcədə spirt istehlakının faydalarını nəzərdən keçirən işlərin anketlər və onları ümumiləşdirən meta-analizlər olduğunu qeyd edirlər. Spirtli içkinin faydalı təsiri ilə bağlı bir çox qısamüddətli klinik tədqiqatlar və bir neçə uzunmüddətli araşdırmalar mövcuddur. Ancaq burada spirtli içki qəbuluna təsir edən genetik variantların analizini əlavə etsək, o zaman qoruyucu təsirin itdiyi nəzərə çarpır. Bütün bunlar içki ilə faydalar arasında səbəb-nəticə əlaqəsini şübhə altına alır. Müəlliflər hesab edirlər ki, bu çox güman ki, belə deyil.
Bunu Oksford alimləri də təsdiqləyirıər. Onlar etanolun parçalanmasının məhsulu olan asetaldehidin kömək etdiyi sprtli içkilərə qarşı genetik dözümsüzlük və qida borusu xərçəngi hallarının artması fonunda içənlərin nisbətinin artdığı Çinli kişi populyasiyasını əsas götürüblər.
Alimlər "China Kadoorie" məlumat bazasında təsadüfi üsulla 151 min insanı seçiblər və onların arasında genlərində ALDH2-rs671 və ADH1B-rs1229984 olan spirtli içki dözümsüzlüyü mutasiyalarının daşıyıcılarını müəyyən ediblər. Onlar etanol və onun parçalanma məhsullarının mübadiləsində iştirak edən spirt dehidrogenaz fermentini kodlayırlar. Bu mutasiyaların daşıyıcıları, bir qayda olaraq, spirtli içkidən sonra halsızlıqdan əziyyət çəkirlər, buna görə də onlar ayıq həyat tərzi keçirirlər və ya spirtli içkilərdən nadir hallarda və az istifadə edirlər.
Əsərin müəllifləri ondan çıxış edirdilər ki, bu qrup kişilər sağlamlıq və həyat tərzi baxımından normal populyasiyadan heç bir fərqi yoxdur, buna görə də genetikanın təsiri, hətta kiçik olsa da, aydın şəkildə özünü göstərir. Həqiqətən, məlum oldu: əgər həddindən çox spirtli içki içilsə, o zaman təkcə qida borusu deyil, baş, boyun və ağciyərlərin xərçəngi riski artır. Bu da spirtli içkilərin dözülməzlik mutasiyalarının olması ilə artır. İngiltərə mütəxəssislərinin fikrincə, tədqiqat Çin tərəfindən məhdudlaşsa da, bu, spirtli içki özü özlüyündə bütün dozalarda kanserogen olduğu və ondan qaçınılması lazım olduğuna dair artıq əldə edilmiş sübutları təsdiqləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.