BAKI, 23 mart - Sputnik. Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib:
"Son günlər yağan yağıntılar Kür çayında sululuğun artmasına və nəticədə duzluluğun azalmasına səbəb olub".
A.Verdiyevin sözlərinə görə, Kürün aşağı axınında aparılan monitorinqlərin nəticələrinə görə, dünən olduğu kimi, bu gün də duzluluq norma daxilindədir. Bu da Kürdən keçən su həcminin xeyli artması ilə bağlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.