BAKI, 23 mart - Sputnik. “Pentaqon NATO və onun müttəfiqlərinin təyyarələrinin İraq, Liviya və Yuqoslaviya şəhərlərini necə bombaladığını artıq unudub”. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Pentaqonun sözçüsü Con Kirbinin Rusiya Silahlı Qüvvələrinin Ukraynada törətdiyi iddia edilən müharibə cinayətləri ilə bağlı bəyanatlarını şərh edərkən deyib.
Antonov bildirib ki, Kiyev rejimini silahla gücləndirmək və xarici muzdluları Ukraynaya yönləndirmək məsuliyyətsiz və son dərəcə təhlükəli bir addımdır: "Dünyanın hər bir yerindən Ukraynaya gələn quldurlar burada əldə etdikləri təcrübəni istənilən hər yerdə, o cümlədən evə qayıtdıqda sonra belə tətbiq edə bilərlər. Ukraynaya verilən xarici silahların əsas hissəsi quldurların, nasistlərin, terrorçuların və cinayətkarların əlinə keçib".
“Təəssüf ki, Pentaqon ABŞ və onun NATO müttəfiqlərinin birbaşa efirlərdə havadan Yuqoslaviya, İraq, Liviya şəhərini bombaladığını unudub. Vaşinqtonda bu dəhşətli cinayətlər xatırlamırlar. ABŞ hərbçilərinin Əfqanıstandakı Suriyadakı və muzdlulara qarşı cinayətləri unudulub”, - deyə səfir əlavə edib.
Səfirin sözlərinə görə, Ukraynanın radikal dəstələri İkinci Dünya Müharibəsi zamanı faşistlərinin tətbiq etdiyi taktikadan istifadə edirlər.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi səkkiz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.