NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti kəskin bahalaşıb

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Sputnik
BAKI, 22 mart - Sputnik. Azeri Light markalı neftin bir bareli dünya bazarında dünəndən bu günə təxminən $8 bahalaşaraq $119,57 təklif edilir (martın 21-nə təklif $111,95 idi).
Azeri Light nefti üçün minimal qiymət 2020-ci ilin aprelində $15,81 olub, maksimal $149,66 isə 2008-ci ilin iyulunda qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
NEFT-QAZ
“Brent” markalı neftin qiyməti bir barel üçün 100 dollardan aşağı düşüb