BAKI, 21 mart - Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedib.
Səfər Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə baş tutub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində azərbaycanlı nazirin Pakistanın bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü nəzərdə tutulub.
Azərbaycanın müdafiə naziri həmçinin Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!