RUSİYA

Rusiyada şəkər və qarabaşaq kifayət qədərdir - Abramçenko

Baş nazirin müavini əmin edib ki, yeni məhsul mağaza rəflərini şəkər və qarabaşaq yarması ilə təmin edəcək, rus qənnadçıları və çörəkçilər lazımi miqdarda şəkər alacaqlar.
Sputnik
BAKI, 21 mart — Sputnik. Rusiyada daxili tələbatı ödəmək üçün şəkər və qarabaşaq ehtiyatı kifayət qədərdir, bundan əlavə, bu il şəkər çuğunduru və qarabaşaq əkmək üçün zəmilərin sahəsi genişləndiriləcək. Bu barədə Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko hökumət başçısı Mixail Mişustinə hesabatında bəyan edib.
"İndi vətədaşlarımızı sakitləşdirmək istəyirəm: biz tam olaraq özümüzz həm şəkər, həm də qarabaşaqla təmin edirik. Təlaşa qapılaraq bu məhsullardan külli miqdarda almaq lazım deyil. Onlardan hamıya çatacaq. Tələbat ajiotajı yalnız məhsul istehsal edən şəbəkəni qeyri-sabitləşdirəcək. Bir daha deyirəm – ölkədə daxili tələbatı ödəmək üçün şəkər və qarabaşaq ehtiyatı kifayət qədərdir", - Abramçenko deyib.
Onun sözlərinə əsasən, qarabaşaq və şəkər çuğunduru əkinini bu il orta hesabla 50 min ha artırmaq nəzərdə tutulur. "Bu, o deməkdir ki, yeni məhsul dükanlardakı piştaxtalarda şəkər və çuğundurun olmasını təmin edəcək, rusiyalı qənnadı ustaları və çörəkbişirənlər isə lazımi həcmdə şəkər əldə edəcəklər", - baş nazirin müavini izah edib.
O qeyd edib ki, Rusiyanın aqrar-sənaye kompleksi tam olaraq ölkəni əsas ərzaq məhsulları ilə təmin edir.
"Sanksiya təzyiqi şəraitində qida məhsullarının çatışmazlığı üçün heç bir zəmin müşahidə edilmir. Əlavə olaraq bazarın zənginləşdirilməsi və assortimentin artırılması üçün biz dost ölkələrdən idxalı genişləndiririk ", - Abramçenko əlavə edib.
Rusiya Kənd təsərrüfatı naziri Dmitri Patruşev daha öncə bəyan edib ki, Rusiyada şəkər tədarükü fasiləsiz davam edir, bütün zavodlar normal rejimdə işləyirlər. Onun sözlərinə əsasən, şəkər çuğunduru əkmək üçün zəmilərin sahəsi genişləndiriləcək, KTN Rusiyanı və AİB ölkələrini şəkərlə təmin etməyə imkan verəcək yaxşı məhsul gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.