AZƏRBAYCAN XƏBƏRLƏRİ

Polis idarə etdiyi avtomobili aşırıb və həyatını itirib - DİN

Daxili İşlər Nazirliyi polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Sputnik
BAKI, 21 mart - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin yaydığı məlumata görə, martın 20-si saat 17 radələrində Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində Saməddin Yəhyayev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.
Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, yol qəzasında ölən S.Yəhyayev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı olub.
***
Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ölüb.
Hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri Şirvan sakini, 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb.
Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.