FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Cənub bölgəsində minlərlə evi su basıb, sakinlər pərişan haldadır

Masallı rayonunda baş vermiş təbii fəlakətin yaratdığı acınacaqlı vəziyyətlə Sputnik Azərbaycan-ın fotolentində daha ətraflı tanış ola bilərsiz.
Sputnik
Son günlər Cənub zonasına yağan leysan yağışları nəticəsində Masallı rayonunun bir neçə kəndini su basıb.
Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi xəbərə görə, ötən gecə saatlarında Təklə və Xırmandalı kəndlərinin ərazisində artan sel suları qısa müddətdə 1 metrə qədər yüksəlib.
Təbii fəlakət ərazidə yaşayan ailələr üçün ciddi fəsadlar törədib. Kənd sakinlərinin təsərrüfatlarına, məişət əşyalarına və evlərinə ciddi ziyan dəyib.
Bütün çətinliklərə baxmayaraq, Masallı Rayonu İcra Hakimiyyətində yaradılmış qərargah və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən görülmüş tədbirlər nəticəsində bu təbii fəlakətin qarşısı qismən alınıb.
Bəndlər bərkidilib, hazırda suyun səviyyəsi demək olar ki, bütün kəndlərdə aşağı düşüb. Yaradılmış qərargah daim baş verə biləcək hadisələrə hazır vəziyyətə gətirilib. Bütün rayonda texnikalar bu işə cəlb olunub. Heç bir kənd diqqətdən kənarda qalmayıb, bəzi su basmış ərazilərdəki sakinlər qohumlarının yanına və digər yerlərə təxliyə ediliblər.
Masallı rayonunda baş vermiş təbii fəlakətin yaratdığı acınacaqlı vəziyyətlə Sputnik Azərbaycan-ın fotolentində daha ətraflı tanış ola bilərsiz.
1 / 9
Xırmandalıda selin nəticəsi.
2 / 9
Xırmandalıda selin nəticəsi.
3 / 9
Təklədə selin nəticəsi.
4 / 9
Təklədə selin nəticəsi.
5 / 9
Təklədə selin nəticəsi.
6 / 9
Xırmandalıda selin nəticəsi.
7 / 9
Xırmandalıda selin nəticəsi.
8 / 9
Təklədə selin nəticəsi.
9 / 9
Xırmandalıda selin nəticəsi.
Mətn