PAYTAXT XƏBƏRLƏRİ

Bakıdan rayonlara axın var: Üç gündə 30 mindən çox adam gedib

Reys və sərnişin sayı adi günlərlə müqayisədə 3 dəfə artıq olub, 18,19,20 mart tarixlərində hər gün 130-a yaxın əlavə avtobus sərnişindaşımaya cəlb edilib.
Sputnik
BAKI, 21 mart — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyəti göstərib.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib. Məlumata görə, sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar cəlb edilib:
"Məlumat üçün bildirək ki, onlayn bilet alanların sayı əvvəlki illərdən daha çox olub. 17, 18, 19 mart tarixlərində ümumilikdə 5336 bilet əvvəlcədən alınıb. Son 3 gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 30 minə qədər sərnişin daşınıb".
Xidmətdən bildirilib ki. qabaqcadan satış prosesində kassa önündə sərnişin biletləndirilərkən fin kodun, əlaqə telefonunun kompyüterə daxil edilməsi, sərnişinin səfər edəcəyi avtobus haqqında və digər sualları yaranır ki, bu da təxmini 2-3 dəqiqə zaman alır. Sərnişinlər əlavə vaxt itirməsin, narahatlıq yaşanmasın deyə qabaqlayıcı tədbir olaraq bayram günləri əlavə kassalar da açılıb.
Statistik göstəricilərə əsasən reys və sərnişin sayı adi günlərlə müqayisədə 3 dəfə artıq olub. 18,19,20 mart tarixlərində hər gün 130-a yaxın əlavə avtobus sərnişindaşımaya cəlb edilib. Əsas məqsəd sərnişinlərimizin təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılmasıdır. Sərnişinlərin təlabatı tam qarşılanıb və bu proses davam etdirilir. Sərnişin axını 18 və 19 mart tarixlərində daha çox olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.