BAKI, 20 mart - Sputnik. Rusiya Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı məlumat paylaşıb.
Məlumatda bildirilir ki, Rusiya qoşunları "Donbass" millətçi batalyonunun məğlubiyyət prosesini başa çatdırıb.
Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası bir sutka ərzində Ukraynaya məxsus 89 hərbi obyektini vurub.
Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını havada məhv edib.
Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını havada məhv edib.
Xüsusi əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri Ukraynada 214 pilotsuz uçan aparatı və 1483 tankı məhv edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.