Baharın gəlişi və Novruz bayramı ərəfəsində şəhərlər, rayonlar al-əlvan bəzənir.
Azərbaycanın işıqlar şəhəri Mingəçevir də bu il əvvəlkilərlə müqayisədə fərqliliyi ilə diqqəti cəlb edir.
Şəhərin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları yerli sakinləri və qonaqları xüsusi zövqlü bayram abu-havası ilə təccübləndirmək niyyətindədirlər.
Bunun üçün Novruz rəmzlərini özündə əks etdirən rəngarəng tərtibat elementləri şəhərin giriş-çıxış hissələrinə, insanların daha sıx olduğu yerlərə, Kür çayı üzərində yerləşən nəqliyyat körpüsü üzərinə quraşdırılıb. Ən maraqlı məqam isə "Nur şəhəri"nin bayram gecələrinin daha diqqətçəkən olmasıdır.