BAKI, 19 mart — Sputnik. ABŞ-ın "SpaceX" şirkətinin məlumatına görə, Falcon 9 daşıyıcı raketi şənbə günü 53 Starlink internet peykininin orbitə uğurlu buraxışını həyata keçirib.
"53 Starlink peykinin orbitə buraxılması təsdiqlənib", – deyə şirkətin Twitter səhifəsində qeyd edilib.
Uçuş ABŞ-ın şərq sahili vaxtı ilə saat 00:42-də (Moskva vaxtı ilə 7:42-dəs) Kanaveral burnundakı kosmodromdan həyata keçirilib.
Xatırladaq ki, amerikalı iş adamı, "Tesla" və "Space X" şirkətinin rəhbəri İlon Mask Rusiyaya məxsus xəbər mənbələrini əngəlləməkdən imtina edib.
"Bəzi dövlətlər "Starlink"-dən Rusiyaya məxsus xəbər mənbələrini bloklamağı tələb edib. Biz bunu silah gücü olmasa etməyəcəyik", - Mask martın 5-də "Twitter" hesabında yazıb.
O qeyd edib ki, söz azadlığının mütləq tərəfdarıdır.
Starlink dünyanın istənilən nöqtəsində genişzolaqlı İnternetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş növbəti nəsil peyk şəbəkəsidir. Layihə "SpaceX" şirkəti tərəfindən 2018-ci ilin fevralında istifadəyə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.