RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN Ukraynadakı son durumla bağlı açıqlama yayıb

Martın 19-u gecə saatlarında Rusiya əməliyyat-taktiki, ordu və pilotsuz aviasiyası Ukraynaya məxsus 69 hərbi obyekti vurub.
Sputnik
BAKI, 19 mart - Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı məlumat yayıb.
Qeyd olunur ki, “Bastion” sahil raket sistemi Odessa vilayətində Ukrayna qoşunlarının radio və elektron kəşfiyyat mərkəzlərini məhv edib.

"Kinjal" hipersəs raket kompleksi ilə İvano-Frankivsk vilayətində Ukrayna qoşunlarının böyük yeraltı raket anbarını məhv edilib.

Martın 19-u gecə saatlarında Rusiya əməliyyat-taktiki, ordu və pilotsuz aviasiyası Ukraynaya məxsus 69 hərbi obyekti vurub.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi ötən gün axşam saatlarında yaydığı məlumatda isə qeyd olunurdu ki, martın 18-də rəsmi Kiyevin iştirakı olmadan Ukraynanın təhlükəli bölgələrindən 14,3 mindən çox insan Rusiyaya təxliyə edilib.
RF Silahlı Qüvvələri dəhlizləri açmağa və millətçiləri Mariupoldan azad etməyə hazırdır, lakin Ukrayna hakimiyyəti bu təklifdən imtina ediblər.

RF MN bəyan edib ki, radio dinləmələrinə əsasən, Mariupoldan Zaporojye istiqamətində 200-ə qədər yaraqlı qaçıb və onlardan 93-ü məhv edilib. Son üç gündə ukraynalı millətçilər Mariupolun blokunun açılması ilə bağlı Kiyevlə fəal şəkildə radio-əlaqə saxlayırlar.

"Rusiya BMT, ATƏT və Qırmızı Xaç Cəmiyyətini Mariupolda, daha sonra Rusiyanı günahlandırmaq məqsədi ilə mülki əhaliyə qarşı törədilə biləcək cinayətlər barədə xəbərdar edir", - məlumatda deyilir.

Qeyd olunur ki, millətçilər Xarkovda humanitar yardımın paylandığı ərazidə atəş açıblar, Severodonetskdə isə mülki şəxsləri güllələyiblər.

"Rəsmi Kiyev Mariupolda blokadada qalan millətçilərə kömək etməyin mümkünsüzlüyünü anlayır və onlara özlərini qurban verməyi təklif edir", - RF MN-in məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.