BAKI, 19 mart — Sputnik. Kiyev Mariupolda blokadada olan millətçiləri "fədai" olmağa və bunun üçün şəhərin 200 min sakinindən "canlı qalxan" kimi istifadə etməyə çağırır. Bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev cümə günü keçirilən brifinqdə bildirib.
"Kiyev rəsmiləri mühasirəyə alınan şəhərdəki yaraqlıların dözümlülük nümunəsi olmaları, ümumi qələbə üçün özlərini qurban vermələri və onlara "Mariupol şəhidləri" statusu veriləcəyilə bağlı ritorika ilə çıxış edirlər", - deyə Mizintsev qeyd edib.
"Eyni zamanda, qeyd etmək lazımdır ki, bu "böyük" missiyanı yerinə yetirmək üçün millətçilərin "canlı qalxan" kimi "tam" istifadə edə biləcəyi 200 mindən çox mülki vətəndaşı var. Bu mövqe Ukrayna rəhbərliyi ilə razılaşdırılıb. Bu, bir sıra radio kəşfiyat zamanı əldə edilən dəqiq sitatdır", - deyə general əlavə edib.
Mizintsev qeyd edib ki, Rusiya tərəfi bu danışıqların məzmununu və nəticələrini anlayaraq rəsmi şəkildə Kiyev hakimiyyətinə müraciət edib və iki gün əvvəl onlara bildirib ki, uşaq bağçasını, iki məktəbi, doğum evini, dram teatrının binasının partlayışları ilə artıq məşhurlaşan bu qondarma məzlumlardan şəhəri və insanları xilas etmək üçün humanitar dəhlizlər açmağa və "istənilən istiqamətdə bütün quldurlarınızı azad etməyə hazırdır.
Eyni zamanda, silahı yerə qoyan millətçilərin həyatı təmin edilib, onların Kiyevin nəzarətində olan ərazilərə çıxışı üçün humanitar dəhliz yaradılıb.
"Buna təklifə onlar eyni zamanda rəsmi Kiyevin yüksək vəzifəli şəxsləri tərəfindən qəti imtina cavabı aldılar", - deyə general-polkovnik bildirib.
Mizintsev bildirib ki, Rusiyanın Müdafiə Nazirliyi millətçilərin Ukraynada dinc sakinlərə qarşı çoxsaylı zorakılıq faktlarını qeydə alır.
"Çerniqovda millətçi batalyonların yaraqlıları fiziki zorakılıq təhlükəsi altında yerli əhalidən son ərzaq məhsullarını, o cümlədən humanitar yardım kimi əldə edilən məhsulları da götürürlər; Zaporojyedə isə millətçi düşüncəli hakimiyyət şəhr sakinlərinə "Molotov kokteylləri"ni zorla paylayır və mülki əhalini bu partlayıcıları Rusiya qoşunlarının üzərinə atmağa çağırır, bununla da insanları qaçılmaz ölümə sövq edir", - deyə Mizintsev burğulayıb.
Onun sözlərinə görə, Xarkovda millətçilər humanitar yardımın paylandığı yeri atəşə tutublar, Şimali Donetskdə isə milli birləşmələr və əcnəbi muzdlular ərazi müdafiə ehtiyatları ilə birlikdə müdafiə olunaraq yerli əhalini zəbt olunmuş yaşayış binalarının ətrafına zorla yerləşdiriblər. Gizləndikləri yerləri tərk edib küçələrə çıxmaqdan imtina edən vətəndaşlar güllələnib.
"İnsanların yaşayış məntəqələrindən müstəqil çıxışının qarşısı sərt şəkildə alınır. Guya Rusiya aviasiyasının zərbələrindən xilas olmaq üçün yaşayış binalarının zirzəmilərinə sürüklənən yerli sakinlər dəhşətli antisanitariya şəraitində qida və su çatışmazlığından, elektrik enerjisindən məhrumdurlar və Ukrayna hakimiyyətinin humanitar dəhlizlərin bağlanması ilə bağlı uydurma yalanlarının təsiri altındadırlar", - deyə general bildirib.
Mizintsevin sözlərinə görə, Ukrayna millətçiləri ölkədə 4,5 milyondan çox əhalini və 23 ölkədən təxminən 7 min əcnəbini girov saxlayır.
"4,5 milyondan çox dinc sakin Ukrayna neonasistləri tərəfindən "canlı qalxan" kimi girov saxlanılır, onları ərazi müdafiə batalyonlarının yaraqlıları sadəcə olaraq Kiyev, Xarkov, Çerniqov, Sumı və hər gün açılan humanitar dəhlizlər üzrə blokadada olan iyirmidən çox digər iri yaşayış məntəqələrindən buraxmırlar", -deyə Mizintsev qeyd edib.
Bundan başqa, o qeyd edib ki, 23 dövlətdən olan 6921 əcnəbi vətəndaş, o cümlədən Ukraynanın dəniz limanlarında blokadaya alınmış 70 xarici gəminin ekipajı millətçilər tərəfindən zorla saxlanılır.
"Qeyd olunan şəxslərin taleyi ilə bağlı müvafiq diplomatik idarələrin nümayəndələri ilə gecə-gündüz iş təşkil olunub", - deyə Mizintsev bildirib.
General-polkovnik bildirib ki, Rusiya qoşunları mülki geyimdə Mariupoldan qaçan 93 ukraynalı yaraqlını məhv edib.
"Bu gecə ərzində onlardan 93-ü məhv edilib, digərlərinin yerləşdikləri yerlər radiorabitə vasitəsi ilə müəyyən edilib. Onların məhv edilməsi məsələsi qısa zamanın işidir", - deyə Mizintsev vurğulayıb.
Onun sözlərinə görə, son iki gündə 150-200 nəfərdən ibarət yaraqlıların bir hissəsi humanitar dəhlizlərdən istifadə edərək mülki geyimlərə şəhərdən tərk eqaçıblar, 10-15 nəfərdən ibarət səpələnmiş qruplarla kəndarası yollar boyunca Zaporojye istiqamətində hərəkət edirlər.
Mizintsevin sözlərinə görə, quldurlar ağllarını və çarəsizlikdən ümidlərini itiriblər, ona görə də onların növbəti addımlarını yalnız təxmin etmək olar.
"Buna görə də biz Rusiya Federasiyasının Ukraynadakı humanitar yardım üzrə idarələrarası əlaqələndirici qərargahının meydançasından bütün sivil dünyanı, beynəlxalq təşkilatları, ilk növbədə BMT, ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsini əvvəlcədən xəbərdar edirik, Mariupolda məskunlaşmış, ümidsizlikdən və gələcəkdə heç bir perspektivin olmamasından agıllarını itirən bu mənfur quldurlardan dinc əhali üçün ağır nəticələrə səbəb olan növbəti cinayətləri və bütün bunları Rusiya Silahlı Qüvvələrinin üzərinə atmaq cəhdlərini gözləyin", - deyə Mizintsev yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.