RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Dumasının spikeri ABŞ və NATO-nu Ukraynaya hərbi yardımı dayandırmağa çağırıb

RF Dumasının spikeri deyib ki, Ukrayna millətçiləri hər gün qadın və uşaqların arxasında gizlənərək "dinc əhalidən canlı qalxan kimi istifadə edirlər.
Sputnik
BAKI, 19 mart — Sputnik. NATO ölkələri Ukraynanı silahlandırmaqdan və ora muzdlu əsgərlər göndərməkdən əl çəkməlidirlər. Sputnik Azərbaycan RİA Novosto-yə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında bildirib.
"ABŞ və NATO ölkələri Ukraynaya silah tədarükünü və muzdlu əsgərlərin göndərilməsini dayandırmalıdırlar", - deyə Volodin qeyd edib.
Onun sözlərinə görə, Ukrayna millətçiləri hər gün qadın və uşaqların arxasında gizlənərək "dinc əhalidən canlı qalxan kimi istifadə edirlər". Siyasətçi iddia edir ki, onlara silah və sursat NATO ölkələri tərəfindən tədarük edilir, "millətçi batalyonların sıralarını gücləndirən muzdlular Şimali Atlantika Alyansı ölkələrinin ərazisinə onların rəhbərliyinin razılığı ilə cəlb olunur".
Federal Məclisin aşağı palatasının spikeri əlavə edib ki, ABŞ prezidenti Co Bayden və onun alyans ölkələrindən olan həmkarları sülh çağırışı edəndə "onlar ilk növbədə özlərindən başlamalıdırlar". Volodin əmindir ki, Qərb siyasətçilərinin günahı ucbatından Ukraynada vəziyyətin nizamlanması, onun demilitarizasiyası və deazifikasiyası ləngiyir.
"Bu gün Ukraynada baş verənlər: mülki əhalinin ölümü, qaçqın axını Vaşinqton və Brüsselin birbaşa məsuliyyətidir. <...> Qərb ölkələri ABŞ-la birlikdə sülh istəyirlərsə, vəsaiti hərbi tədarükə deyil, əhaliyə humanitar yardım göstərməyə yönəltmək düzgün olardı", - deyə Dövlət Dumasının sədri qeyd edib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin bu əməliyyatı "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəs" məqsədi adlandırıb. Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məhkəmə qarşısında məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirirlər. Silahlı Qüvvələrin dəstəyi ilə "DXR" və "LXR" qruplarının hücumları inkişaf etdirilir. Hər iki tərəfdən itkilər var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.