FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Gecə selin səsinə oyanan və özlərini su içində görən Masallı sakinlərinin dəhşətli anları

Sputnik
Cənub zonasında yağan intensiv yağışlar Masallı rayonunun Təzə Alvadı kəndində fəsadlara səbəb olub. Zərərçəkən kənd sakini Rasif Mirzəyev Sputnik Azərbaycan-a bildirib ki, gecə 00:00-da selin olmadığını və çayda suyun az olduğunu bildirib:
1 / 7

Cənub zonasında yağan intensiv yağışlar Masallı rayonunun Təzə Alvadı kəndində fəsadlara səbəb olub.

2 / 7

Masallı Təzə Alvadı sel evləri basdı.

3 / 7

Masallı Təzə Alvadı sel evləri basdı.

4 / 7

Masallı Təzə Alvadı sel evləri basdı.

5 / 7

Masallı Təzə Alvadı sel evləri basdı.

6 / 7

Masallı Təzə Alvadı sel evləri basdı.

7 / 7

Masallı Təzə Alvadı sel evləri basdı.

"Səhər saat 6 radələrində qardaşım zəng elədi ki, evi su basıb. Durub gördüm ki, maşınım suyun altında qalıb və əzilib. Evim də uçub, su yuyub aparıb. Lənkərandan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib bizi qayıqla evdən çıxardılar. İndi çarəsiz vəziyyətdə qalmışıq".
Seldən zərərçəkən Təzə Alvadının digər sakini Rəhimə Rzayeva isə intensiv yağışların artıq bir neçə gündür davam etdiyini bildirib.
"Bu gecə saat 4-də səs-küyə oyandıq. Gördük ev-eşiyi su götürüb gedir. Təsərrüfatıma ziyan dəyib, evimiz uçub-tökülüb, sel toyuq-cücəmizi, mal-qaranı aparıb. Hökümətdən təsərrüfatımıza səpmək üçün gübrə götürmüşdük, su onu da aparıb. 250 manata aldığımız təzə su motorunu, şlanqlarımızı su aparıb".
Təzə Alvadı kənd İcra nümayəndəsi Fəxrəddin Məmmədov da əməkdaşımıza bildirib ki, bir neçə gündür rayona güclü yağışlar yağır. Alvadı çayı öz mənbəyini Cəlilabadın dağ kəndlərindən götürür. Bu günlərdə ora güclü qar yağıb.
"Gecə saat 4-5 radələrində məlumat aldıq ki, çay öz məcrasından çıxıb. Çay ətrafı evləri su basıb, onlara ciddi ziyan dəyib. Su 80-1,20 m və daha çox qalxıb. Kənddəki 23 evə ziyan dəyib, onların 1-ci mərtəbəsi su altında qalıb", - icra nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinə dərhal xəbər verəndən sonra xilasedicilər bölgəyə gəlib. Su basmış evlərdə qalan 16 nəfər təxliyə edilib.
"Ümumilikdə 100 hektara yaxın kartof sahəsinə ciddi ziyan dəyib. Təsərüffatlardan hələ dəqiq məlumat yoxdur, amma bizim ərazidə yerləşən Meşəkənarı kəndində bir tövlədə 100-ə yaxın qoyun və quzu tələf olub", - F.Məmmədov bildirib.