CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Umayra Tağıyeva hidrometeoroloji stansiyalar barədə

Milli Hidrometeorologiya Xidmətinin rəisi deyib ki, ərazinin mürəkkəbliyini, minalarla çirklənməsini nəzərə alaraq yaxın 2 ay ərzində proses bitəcək.
Sputnik
BAKI, 18 mart — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə 11 hidroloji stansiyanın 14 çay üzərində quraşdırılması istiqamərtində işlər yanvar ayından başlayıb və davam etdirilir. Artıq topoqrafik işlər yekunlaşıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, ərazinin mürəkkəbliyini, minalarla çirklənməsini nəzərə alaraq yaxın 2 ay ərzində proses bitəcək:
"Eyni zamanda bu il ərzində hidrometroloji stansiyaların Şuşa, Ağdam, Zəngilan rayonlarında quraşdırılması planlaşdırılır. Bu işlərin də il ərazində icrası planlaşdırılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.