BAKI, 18 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Ukraynadan təxliyə olunan azərbaycanlı şagirdlərin tədrisə cəlb edilməsi məsələsinə aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, BŞTİ müdiri Mehriban Vəliyeva bildirib ki, idarəyə bununla bağlı müraciətlər daxil olub.
Onun sözlərinə görə, Ukraynada Azərbaycana təxliyə olunan şagirdlərin məktəbə götürülməsi ilə bağlı heç bir problem yaşanmır.
M.Vəliyeva deyib ki, müraciətlər olduqca şagirdlərin məktəblərə yerləşdirilməsi prosesi davam edir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.