RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynadakı biolaboratoriyalar haqqında sənədlər aysberqin görünən hissəsidir - Nebenzya

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib ki, Ukrayna və ABŞ bioloji silahlar haqqında konvensiyanı pozur.
Sputnik
BAKI, 18 mart - Sputnik. Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynadakı biolaboratoriyalar haqqında danışıb.
O qeyd edib ki, ABŞ Ukraynada bioloji laboratoriyaları idarə etmədiyini iddia etsə də, faktlar bunun əksini söyləyir.
"Ukrayna və ABŞ bioloji silahlar haqqında konvensiyanı pozur. Ukraynada təhlükəli fəaliyyətlərin getdikcə daha çox sübutu üzə çıxmaqdadır. Ukraynadakı biolaboratoriyalar haqqında sənədlər aysberqin görünən hissəsidir", - deyə Nabenzya bildirib.
O qeyd edib ki, Rusiya Federasiyası Pentaqonun bu ölkədəki qanunsuz fəaliyyəti barədə məlumat paylaşacaq .
"ABŞ-ın Ukraynadakı laboratoriyalardakı tədqiqatlarının nəticələri pandemiyanın üzərinə belə kölgə sala bilər", - Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.