RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynada yaralanan azərbaycanlı Moldovaya təxliyə olunub

Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosesini diqqət mərkəzində saxlayıb.
Sputnik
BAKI, 18 mart — Sputnik. Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası aldığına görə Xarkov şəhər xəstəxanasında müalicə olunurdu.
Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosessini diqqət mərkəzində saxlanılıb. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanıb və burada davam etdirilib.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib.
Məlumata görə, fəxri konsulluğun Xarkov vilayət adminstrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirilən iş nəticəsində bu gün və müalicə edən həkimlərin rəyi nəzərə alınaraq Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhədinə doğru təxliyə edilib.
Qeyd edək ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.