RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Müdafiə Nazirliyinin Ukraynadakı vəziyyətlə bağlı yeni məlumat yayıb

Ukrayna millətçi birləşmələrinin nəzarətində olan Zaporojyenin cənub-şərq hissəsindən Melitopol atəşə tutulub.
Sputnik
BAKI, 18 mart — Sputnik. Gecə saatlarında millətçilər Melitopolun yaşayış məntəqələrinə mərmi başlıqlı "Toçka-U" raketləri ilə hücum ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı məlumatında deyilir.
"Rusiya hava hücumundan müdafiə sistemləri Melitopolda mülki əhaliyə edilən raket hücumunun qarşısını alıblar. Ukrayna millətçi birləşmələrinin nəzarətində olan Zaporojyenin cənub-şərq hissəsindən Melitopol atəşə tutulub. Rusiya hərbçiləri dinc sakinləri Kiyev rejiminin hücumlarından qorumaq üçün iki "İsgəndər" raketi ilə Ukraynanın "Toçka-U" taktiki raket komplekslərini məhv ediblər" - deyə məlumatda qeyd olunur.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi üçüncü gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya MN: İndiyədək Ukraynanın 183 PUA-sı vurulub