CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərinin hava proqnozu açıqlandı

Arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir.
Sputnik
BAKI, 18 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 20-dən 23-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 20-si axşam, 21-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Azərbaycanın rayonlarında martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.