BAKI, 18 mart — Sputnik. İl ərzində müxtəlif fəsillərdə Abşeron yarmadasının qəsəbələrində monitorinq işləri aparılacaq. Qəsəbələrin atmosfer havasının çirklənməsinə görə reytinqi hazırlanır. Artıq qış dövründə monitorinq bitib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, Buzovna, Mərdəkan, Bilgəh, Şüvəlan, Fatmayi, Mehdiabad, Novxanı və Şıxov qəsəbələrində dövlət investisiyası çərçivəsində alınan mobil laboratoriyadan istifadə edilərək dəm qazı, kükürd qazı, hiodrogen sulfit, aozt oksidləri, Azot 4 oksid, Azot 2 oksid üzrə monitorinq işləri aparılıb:
"Bu ərazilərdə çirklənmə yol verilən qatılıq həddindən yüksək deyil, nisbətən aşağıdır. Ən azı dəm qazı il çirklənmə Şüvəlanda, Bilgəhdə və Nardaranda müşahidə olunub. Azot 4 oksidlə isə ən az çirklənmə Buzovna, Noxvanı və Fatmayıda qeydə alınıb.
Tozun miqdarı isə ən az Buzovna, Şüvəlan və Mehdiabadda müşahidə olunub. Monitorinqlər eyni hava şəraitində aparılıb. Növbəti monitorinq aprel-may aylarında aparılacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.