CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Gəncə sürət qatarlarının hərəkəti bərpa olunur

Bilet alışı zamanı 18 yaşdan yuxarı sərnişinlərdən peyvənd, əks-göstəriş və ya immunitet sertifikatı tələb olunacaq.
Sputnik
BAKI, 18 mart - Sputnik. Sabahdan etibarən Bakı-Gəncə sürət qatarlarının hərəkəti bərpa olunur.
Sputnik Azərbaycan xəbər verir ki, biletlərin satışına bu gündən start verilib.
Bilet alışı zamanı 18 yaşdan yuxarı sərnişinlərdən peyvənd, əks-göstəriş və ya immunitet sertifikatı tələb olunacaq.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən sərt karantin tədbirləri ilə bağlı olaraq artıq iki ildən çoxdur ki, ölkədaxili qatarların fəaliyyətinə qadağa qoyulub.
Ölkədən xaricə qatarla sərnişindaşımanın bərpası isə hələ ki arzu olaraq qalır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyədən Rusiyaya ilk qatar yola düşüb