BAKI, 18 mart — Sputnik. Azərbaycan və Rusiya xarici iqtisadi fəaliyyətin qanuna tabe olan iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizinin təşkili üzrə pilot layihə olan "Yaşıl dəhliz"i təqdim ediblər.
Təqdimat 15-17 mart tarixlərində baş tutan xidmət rəhbərinin müavini Vladimir İvinin rəhbərliyi ilə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin (FGX) nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilib.
Beləliklə, Rusiyanın FGX və Azərbaycanın Dövlət Gömrük Komitəsi layihə iştirakçılarının siyahılarını səlahiyyətli iqtisadi operatorlardan (hazırda Rusiya Federasiyasında 164 nəfər mövcuddur) və malların ticarətinə peşəkar cəhətdən yönəlmiş, layihənin şərtləri altına düşən və risk səviyyəsinin aşağı olması ilə xarakterizə olunan xarici iqtisadi fəaliyyətin digər iştirakçılarından müəyyən edəcəklər.
"Yaşıl dəhliz"in Rusiya və Azərbaycan iştirakçıları arasında xarici ticarət müqavilələri bağlanarkən, hər iki dövlətin gömrük orqanları malların Rusiya və Azərbaycana maneəsiz və sürətləndirilmiş daşınmasını təmin etmək məqsədilə avtomatik olaraq gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsini və asanlaşdırılması üçün tətbiq edəcəklər.
Layihə iştirakçıları üçün gömrük dəyərinin müəyyən edilməsi onların bağladıqları müqavilələrdən alınan məlumata əsasən, "etibarlı əsasda" həyata keçiriləcək. Layihə iştirakçıları müvəqqəti saxlama anbarından yan keçməklə məhsulları öz anbarlarına çatdıra biləcəklər və malların buraxılması isə bəyannamə təqdim olunana qədər həyata keçiriləcək.
İki ölkənin gömrük idarələrinin nümayəndələri bildiriblər ki, layihə iştirakçılarının mallarının yoxlanılmasının sayı kəskin şəkildə azalacaq və yoxlamalar minimum mümkün olacaq. Tədbir iştirakçılarına bu "Yaşıl dəhliz"in iştirakçıları üçün digər üstünlüklər izah edilib.
Vladimir İvinin çıxışında qeyd etdiyi kimi, artıq Rusiyanın yeddi səlahiyyətli iqtisadi operatoru yüzə yaxın Azərbaycan şirkəti ilə daimi əsasda işləyir, belə ki, Azərbaycan Respublikasının Rusiyaya tədarük etdiyi məhsulun ən azı 20%-i tərəflərin yaratdığı "Yaşıl dəhliz" vasitəsilə rəsmiləşdirilə bilər.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov görüşün nəticələrini şərh edərkən qeyd edib ki, "Yaşıl dəhliz" layihəsinin tezliklə işə salınması "Xanoba" (Azərbaycan) ) və "Yaraq-Kazmalyar" (Rusiya) avtomobil keçid məntəqələrinin yenidən qurulması və genişləndirilməsi üzrə işlərin vaxtından əvvəl başa çatdırılması ilə birlikdə Rusiya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin müsbət dinamikasını təmin edəcək.
Pilot layihə olan "Yaşıl dəhliz"in təqdimatı zamanı
© Sputnik / Pavel Antonov
NBM-nin yoxlanılması və yolun istismara verilməsi
Səfər zamanı Azərbaycanın Rusiya sərhəddindəki buraxılış məntəqələri - Samur, Şirvanovka və Xanoba da yoxlanılıb. Azərbaycan və Rusiya gömrükçüləri məmnunluqla qeyd ediblər ki, əvvəlki görüşdə "Samur" buraxılış məntəqəsinə bitişik Rusiyanın Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulmasının fəallaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar icra olunub – Rusiya ərazisinə daxil olan yük maşınları üçün əlavə hərəkət zolağı istifadəyə verilib.
Nəticədə keçid məntəqəsinin keçid qabiliyyəti artıb və Azərbaycanın "Samur" buraxılış məntəqəsinin qarşısındakı növbə dinamik şəkildə azalmağa başlayıb. Növbəti həftə bu növbənin aradan qaldırılacağı proqnozlaşdırılır.
Rusiya və Azərbaycan gömrükçüləri mövsümi növbələrin aradan qaldırılması və yükün mövsümi artımında buraxılış məntəqələrinin dayanıqlığı üzrə gələcək addımları müəyyən ediblər.
Hər iki idarədən olan həmkarlar qəbul edilmiş qərarların icrasının gedişatını, Xanoba buraxılış məntəqəsində aparılan tikinti işlərini, Xanoba və Şirvanovka buraxılış məntəqələrini Samur keçid məntəqəsi ilə birləşdirən yolun tikintisini, onu Bakı şəhəri ilə birləşdirən yeni müasir yolun tikintisinin başa çatdırılırmasıni nəzərdən keçiriblər.
Artıq digər istiqamətlər hesabına işçilərin ştat sayının artırılması, gecə-gündüz iş rejiminə keçid (Şirvanovka buraxılış məntəqəsinə yükün artması ilə) kimi Azərbaycan və Rusiya sərhəddindəki buraxılış məntəqələrinin işini fəallaşdıra biləcək bir sıra əlavə tədbirlər nəzərdə tutulub.
Aqrokompleks "Food City Agropark"
Rusiya və Azərbaycanın gömrük mütəxəssisləri həmçinin Xudat stansiyası yaxınlığında tikilən "Food City Agropark" şirkətinin çoxfunksiyalı logistik aqrokompleksində olublar.
Aqrokomplek Azərbaycan meyvə-tərəvəzinin Rusiyaya göndərilməsi üçün bütün xidmətlərin bir yerdə təmin edilməsi üçün yaradılır. Burada məhsulların optimal temperatur rejiminə uyğun saxlanması, avtomatik kalibrləmə və məhsulların satışa hazırlanması, qablaşdırılması təşkil ediləcək. Dəmir yolu və avtomobil nəqliyyatı ilə yüklərin daşınması təşkil olunacaq.
Həmçinin, bu çoxfunksiyalı aqrokompleksin ərazisində Azərbaycanın bir sıra dövlət orqanlarının səlahiyyətlərinə aid olan kadrların və texniki nəzarət vasitələrinin yerləşdirilməsi üçün binalar nəzərdə tutulub.
Xüsusilə, aqrokompleksin ərazisində gömrük rəsmiləşdirilmə, gömrük anbarı, müvəqqəti saxlama anbarı, tərəvəz və meyvələrin keyfiyyət baxımından ekspertizası xidmətlərinin göstərilməsi nəzərdə tutulur, meyvə və tərəvəzlərin laboratoriya sınaqlarının aparılması və fitosanitar sertifikatların, malların mənşəyi haqqında sertifikatların verilməsi, nəqliyyat vasitələrinin dezinfeksiyası və notariat xidmətlər göstəriləcək.
Pilot layihə olan "Yaşıl dəhliz"in təqdimatı zamanı
© Sputnik / Pavel Antonov
Həmçinin "Food City Agropark" şikəti adından kiçik istehsalçıların əmtəə partiyalarının genişləndirilməsi və meyvə-tərəvəz məhsullarının daha da satılması üzrə işlər planlaşdırılır.
Səfərin azərbaycanlı və rusiyalı iştirakçıları bu çoxfunksiyalı aqrokompleksin tezliklə istifadəyə verilməsində maraqlı olduqlarını bildiriblər ki, bu da onların fikrincə, meyvə-tərəvəz məhsullarının Rusiyaya dəmir yolu ilə çatdırılmasına əlavə təkan verəcək və Rusiyaya daşınan məhsulların nəqliyyat növləri və buraxılış məntəqələri arasında bərabər paylanmasını təmin edəcək.
Səfərin mərkəzi tədbirlərindən biri Rusiya FGX rəhbərinin müavini Vladimir İvinin, "Rusiya FGX-nin Monitorinq və Operativ Nəzarət Mərkəzi"nin baş idarəsinin rəisi Filipp Zolotnitskinin, Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin Azərbaycan Respublikasının biznes ictimaiyyəti ilə görüşü olub.
Tədbirdə Azərbaycanın iri aqrar-sənaye və nəqliyyat-logistik şirkətlərinin rəhbərləri və sahibləri, o cümlədən Rusiyanın Azərbaycandakı ticarət üzrə nümayəndəsi Ruslan Mirsayapov, Rusiya FGX-nın Azərbaycandakı nümayəndəsi Georgi Pesçanskix, Azərbaycan FGX-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.