HADİSƏ

Azərbaycanda illərlə bağlı qalan cinayətin üstü açıldı

Meyiti əvvəlcə Qaraqaşlı kənd qəbiristanlığında gizlədib, yanvarın 28-də saat 22 radələrində isə meyiti oradan götürüb.
Sputnik
BAKI, 18 mart — Sputnik. Ağsuda beş il əvvəl törədilmiş cinayətin üstü açılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayətin üstü Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində açılıb.
Belə ki, 1999-cu il təvəllüdlü Ağsu şəhər sakini Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci il tarixində itkin düşməsi faktına görə Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 20 dekabr 2019-cu il tarixində dayandırılıb.
7 mart 2022-ci il tarixdə iş üzrə icraat təzələnərək istintaq Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsi tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
İstintaqla müəyyən edilib ki, 2017-ci il yanvarın 27-dən 28-nə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb, meyiti əvvəlcə Qaraqaşlı kənd qəbiristanlığında gizlədib, yanvarın 28-də saat 22 radələrində isə meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırıb.
16 mart 2022-ci il tarixdə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb.
17 mart 2022-ci il tarixdə Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən o, törətdiyi əməli etiraf edib.
Prokurorluq orqanları tərəfindən ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxs həbs edilib