NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti yenidən bahalaşdı

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Sputnik
BAKI, 18 mart — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7,53 ABŞ dolları və ya 7,21% artaraq 112,01 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti son günlərdə ucuzlaşmışdı.
Qeyd edək ki, koronavirusa yeni yoluxma hallarının artması həftənin əvvəlindən etibarən neftin kəskin ucuzlaşmasına səbəb olub. Yeni yoluxma halları ilə bağlı xəbərlərin yayılmasından sonra Çinin bir neçə şəhərində koronavirus məhdudiyyətləri sərtləşdirilib. Məhdudiyyətlər, o cümlədən nəqliyyatın hərəkətinin azalması benzin və digər neft məhsullarına olan tələbin aşağı düşməsinə səbəb olub.
Ümumiyyətlə, dünyada baş verən hadisələr fonunda neft bazarında qiymətlərdə tez-tez dəyişiklik müşahidə edilir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Martın 15-də "Brent" markalı neftin bir barelinin qiyməti 100 dollardan aşağı düşüb. "Brent" markalı neftin bir barelinin qiyməti 7,02 dollar azalaraq 99,88 dollar olub.
Beynəlxalq Enerji Agentliyi 2022-ci ildə dünyadakı neftə gündəlik tələbatın artımına dair proqnozunu 1 milyon barelə yaxın azaldaraq 2,1 milyon barel səviyyəsində müəyyənləşdirib.
Proqnozun dəyişdirilməsi dünya bazarında xammalın bahalaşması və Rusiyaya qarşı sanksiyalardan irəli gəlir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.