İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6,25%-ə, yuxarı həddi isə 9%-dən 9,25%-ə qaldırılıb.
Sputnik
BAKI, 18 mart - Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,5%-dən 7,75%-ə çatdırılması barədə qərar qəbul edib.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6,25%-ə, yuxarı həddi isə 9%-dən 9,25%-ə qaldırılıb.
Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı aprelin 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
***
Bu il yanvarın 28-də Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz artıraraq 7,25 faizdən 7,5 faizə qaldırıb. Faiz dəhlizinin aşağı həddi 6 faizdə saxlanılıb, yuxarı həddi isə 8,25 faizdən 9 faizə yüksəldilib.
İQTİSADİYYAT
Uçot dərəcəsi qaldırıldı - Manata və inflyasiyaya təsiri necə olacaq?