HADİSƏ

Xırdalanda yarımstansiyada yanğın olub, işıqlar kəsilib

Baş verən hadisə səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Sputnik
BAKI, 17 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda yarımstansiyada baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb. Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
APA-nın məlumatına görə, baş verən hadisə səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda müəssisənin mütəxəssisləri tərəfindən elektrik enerjisinin bərpası istiqamətində zəruri işlər aparılır. Bərpa işlərinin günün sonuna tamamlanmayacağı istisna edilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.