BAKI, 17 mart - Sputnik. Rusiya tərəfdaşlar qarşısında müqavilə öhdəliklərini yerinə yetirir, enerji təchizatı sabit qalacaq, lakin geosiyasi vəziyyətin müəyyən nəticələri olacaq. RİA Novosti xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Əlbəttə, yaranan gərgin geosiyasi vəziyyət öz nəticələrini verəcək, lakin mən diqqəti ona yönəltmək istərdim ki, Rusiya tərəfdaşlar qarşısında müqavilə öhdəliklərini yerinə yetirməyə sadiqdir və Rusiyadan enerji tədarükü sabit qalacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Müdafiə Nazirliyinin bildirdiyinə görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Rusiya ordusunun dəstəyi ilə DXR və LPR qrupları hücum əməliyyatını inkişaf etdirir. Lakin Ukraynanın işğalından söhbət gedə bilməz, Putin vurğulayıb.
Rusiya və Ukrayna nümayəndə heyətləri artıq həm Belarus ərazisində, həm də videoformatda danışıqların bir neçə raundu keçiriblər.
Rusiya və Ukrayna prezidentlərinin görüşünə gəlincə, Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Moskva belə bir ehtimalı istisna etmir, lakin Putin Zelenski ilə müzakirə etmək üçün deyil, əldə olunmuş razılaşmaları düzəltmək üçün görüşməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.