RUSİYA

Rusiya dəmir yolları "Şimal-Cənub" dəhlizini tövsiyə etdi

Rusiyada bəzi yükgöndərənlər mallarını dost olmayan ölkələrə çatdırmaqdan imtina etmək qərarına gəliblər.
Sputnik
BAKI, 17 mart — Sputnik. Rusiya dəmir yolları ölkə ixracatçılarını məhsulları "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə daşımağa çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunda məqsəd infrastrukturu yüklənməmiş alternativ istiqamətlərlə daşınmaların artırılmasına nail olmaqdır.
Dəhlizlə daşımaları Azərbaycan ərazisi (Samur sərhəd keçid məntəqəsi) və yaxud Xəzər limanları vasitəsilə həyata keçirmək tövsiyə edilir.
Rusiyada bəzi yükgöndərənlər mallarını dost olmayan ölkələrə çatdırmaqdan imtina etmək qərarına gəliblər.
Eyni zamanda, Rusiya Dəmir Yolları bildirib ki, yükdaşıma ilə bağlı bütün məhdudiyyətlər indi Ukraynaya daşınma və onun ərazisindən tranzitlə bağlıdır.
Xatırladaq ki, Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq yükdaşımaları zamanı yaranan çətinliklərin vaxtında və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının tərkibində Alt komissiya yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.