BAKI, 17 mart — Sputnik. Rusiya qudurmuş düşmənlərini yerinə oturtmağa yetərincə qadirdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev ölkə ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib.
O bildirib ki, azğınlaşmış qərb rusofobiyası heç vaxt bitən deyil: "Rusiya özü və vətəndaşları üçün məqbul dünya düzəni uğrunda və həmin düzəndə genosidə və nasistlərə qarşı mübarizəni davam etdirəcək. Qərbin Rusiyaya qarşı son illər ərzində davranışı iyrənc, cinayətkar və əxlaqsızdır.
Medvedev vurğulayıb ki, Rusiyaya qarşı "dəlicəsinə nifrətin" əsası ABŞ və onun əl altıları tərəfindən 30 il ərzində yaradılıb, lakin siyasətçilərin ikiüzlü simaları arxasında gizlədilib:
"Qərb öz maraqları naminə arsızcasına Rusiyaya yalan danışıb və dediyinin əksini edib. Rusiyanı anqlosaks qəlibləri ilə "tərbiyələndirmək", daha itaətkar etmək və hissələrə parçalamaq mümkün olmayacaq".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi iki gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.