RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin və Ərdoğan iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş ehtimalı olduğunu deyib.
Sputnik
BAKI, 17 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən enerji sektorunda strateji layihələrin həyata keçirilməsini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər. Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər yayıb.
“İkitərəfli gündəmdə olan məsələlərə ətraflı baxılıb.Xarici işlər nazirləri arasında Antalya və Moskvada keçirilən son danışıqların nəticələrinə müsbət qiymət verilib. Qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın, o cümlədən enerji sektorunda strateji layihələrin həyata keçirilməsinin daha da inkişaf etdirilməsi əhval-ruhiyyəsi ifadə olunub", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş ehtimalı olduğunu, lakin vaxtla bağlı danışmaq hələ tezdir, çünki buna liderlərin istəyinin kömək edəcəyini deyib.
“Biz məmnuniyyətlə belə bir görüşü keçirməyə hazırıq”, - deyə Çavuşoğlu mətbuat konfransında bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ankara Rusiya-Ukrayna görüşünü keçirməyə hazırdır - Putin Ərdoğanla danışacaq