CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərişıq"dan Xırdalandakı qəza ilə bağlı açıqlama

Bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib.
Sputnik
BAKI, 17 mart — Sputnik. "Azərişıq" ASC bu gün Abşeron rayonunun Xırdalan şəhərində baş vermiş qəza ilə bağlı açıqlama yayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, açıqlamada deyilir ki, bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib və qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb.
Hadisədən dərhal sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ xətlə abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda yarımstansiyada baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb. Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Baş verən hadisə səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Binalarda vahid xidmət haqqı məsələsi: MTK-nı oyundan necə çıxarmalı?