ЧПУ:
Тайтл:
Подводка: Zaxarova danışıqlarda mövqelərin reallığı ilə bağlı sualı Ukrayna tərəfinə yönəldib.
BAKI, 16 mart — Sputnik.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Ukrayna danışıqlarını şərh edərkən mövqelərin reallığı ilə bağlı sualı Ukrayna tərəfinə yönəldib.
Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl bəyan etmişdi ki, Ukrayna nümayəndə heyəti ilə Rusiya arasında danışıqlar davam etməlidir, bu, çətindir, lakin vacibdir, tərəflərin mövqeləri artıq daha real səslənir, lakin hələ vaxt lazımdır.
"Düşünürəm ki, bu, daha çox Ukrayna tərəfinə yönələn sualdır ki, görəsən, o, daha da realist olubmu, reallığa daha da yaxınlaşıbmı", - deyə Zaxarova Sputnik radiosuna bildirib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi bir gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.