BAKI, 16 mart - Sputnik. İranda ənənəvi çərşənbə bayramı olan "Çərşənb-e Suri" zamanı azı 13 nəfər ölüb.
Bu barədə ölkənin Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar məlumat verib.
“Bu gecə (ötən gecə-red.) saat 20:30-a (Bakı vaxtı ilə 21:00) 13 nəfər, təəssüf ki, aldığı yaralardan dünyasını dəyişib”, - o deyib.
FHN rəhbərinin sözlərinə görə, çərşənbə mərasimləri ilə bağlı hadisələrdə 814 nəfər xəsarət alıb.(Report)
Qeyd edək ki, ötən gün Azərbaycanda da Novruz çərşənbələrindən sonuncusu olan ilaxır çərşənbə qeyd olunub. Bu saatadək Azərbaycanda İlaxır çərşənbənin qeyd olunması zamanı hər hansı insidentin baş verdiyi barədə məlumat yayılmayıb.